Olaf Şolts Putini tənqid etdibackend

Olaf Şolts Putini tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putini “ölkəsini fəlakətli sürüşkən enişə apardığına” görə tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, Şolts “Putin Ukraynaya qarşı ən ağır cinayətləri əmr edir və eyni zamanda ölkəsini fəlakətli enişə sürükləyir” deyə qeyd edib.

Rusiya prezidenti Putinin Ukraynaya qarşı müharibədə məğlub olduğun bildirən Şolts “Müdafiəsiz mülki əhaliyə, uşaqlara, qadınlara və qocalara raketlər atmaqla təkcə beynəlxalq hüququ ciddi şəkildə pozmur, həm də ağlasığmaz mənəvi uçuruma şərait yaradır” deyərək Putini tənqid edib.

Putinlə danışmağı tamamilə dayandırmağın böyük səhv olacağına və dialoq axtarışlarının yenidən davam etdirilməsinin lazım olduğuna diqqət çəkən Şolts “Danışıqlar nə qədər çəkərsə, çəksin mən buna davam edəcəyəm” dedi.

Jalə Bədirova

NOCOMMENT.az