Öldürülən direktoru kim əvəz edir?backend

Öldürülən direktoru kim əvəz edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun anası Pikə Bədəl qızı Əhmədova 59 nömrəli tam orta məktəbin direktoru olub.

Bəs P.Əhmədovanın vəzifəsini kim icra edir?

NOCOMMENT.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 59 nömrəli tam orta məktəbin direktor vəzifəsinin icrası məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Xalidə Nəbiyevaya həvalə edilib.

Gələcəkdə P.Əhmədovanın yerinə təyinat məsələsi ilə bağlı qurumdan qeyd edilib ki, ümumi təhsil müəssisələrinə direktor təyinatı işə qəbul üzrə müsabiqə əsasında həyata keçirilir.

Qeyd edək ki, fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.