Ötən həftə Rusiyanın Qara Dəniz Donanması Komandanlığına raket hücumu nəticəsində Ukraynanın öldüyünü iddia etdiyi rus komandir bu gün keçirilən müdafiə iclasında iştirak edib.
NOCOMMENT.az zəbər verir ki, müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə toplanan Müdafiə İdarə Heyətində Qara Dəniz Donanmasının komandanı admiral Viktor Sokolov da iştirak edib. Görüş Moskvada keçirilib.
Kiyev ötən həftə Sevastopola raket hücumu həyata keçirib, lakin onun hava hücumundan müdafiə sistemləri beş raketi vurub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücum nəticəsində Qara Dəniz Donanmasının qərargahının tarixi binasına ziyan dəyib və bir əsgər həyatını itirib.
Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı raket hücumundan sonra özünün Telegram səhifəsində Qara dəniz donanmasının komandanı admiral Viktor Sokolov da daxil olmaqla 34 zabitin öldüyünü iddia edib.
Qeyd edək ki, admiral Sokolov 2022-ci ilin avqustunda Rusiya Qara Dəniz Donanmasının komandiri təyin edilib.