Olimp Hospital bir yaşını qeyd edir – FOTOLARbackend

Olimp Hospital bir yaşını qeyd edir – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ildə xidmətə başlayan “Olimp Hospital”da Türkiyə və digər xarici ölkələrdə təhsil almış ixtisaslı həkim mütəxəsislər tərəfindən müayinə, diaqnostika və müalicə həyata keçirilir.

Hospitalda xəstəliklərin diaqnostikası və müalicəsi məqsədi ilə Avropa və dünya standartlarına cavab verən müasir müayinə metodları, invaziv və açıq cərrahiyyə əməliyyatları tibbin ən son yenilikləri ilə yüksək təhsilli peşəkar həkim kollektivi tərəfindən icra edilir.

Qeyd edək ki, geniş və hər tərəfli imkanlara malik müayinə cihazları, təcrübəli tibb personalı ilə səliqəli və yüksək keyfiyyətli stasionar va reanimasiya xidmətləri, müasir avadanlıqlarla invaziv kardiologiyanın əsasını təşkil edən angoqrafiya, açıq ürək cərrahiyyəsi əməliyyatlarının aparılması üçün geniş və rahat cərrahi blok pasiyentlərin xidmətindədir.

Hospitalda eyni zamanda peşəkar və təcrübəli cərrahlar tərəfindən bütün növ ürək-damar xəstəliklərinin cərrahi əməliyyatlarını həyata keçirmək mümkündür.

Onu da qeyd edək ki, “Olimp Hospital”da, Travmatologiya və Ortopediya, İnvaziv Radiologiya, Dermatovenerologiya, Endokrinologiya, İnvaziv və Noninvaziv Kardiologiya, Radiologiya, Urologiya, Qastroenterologiya, Terapiya şöbələri və ən müasir avadanlıqlarla təchiz olunmuş geniş laboratoriya fəaliyyət göstərir.

Hospitalda müasir tibbi avadanlıqların köməyi ilə xarici ölklələrdə ixtisaslaşmış mütəxəssislərin göstərdiyi tibbi xidmət sayəsində ölkədən kənarda icra olunan müalicəyə tələbat artıq azalıb.

Olimp Hospital

“Olimp Hospital” – Tibbi xidmətin zirvəsi!