Oliqarx məmurlar quru sərhədlərin açılmasına mane olurbackend

Oliqarx məmurlar quru sərhədlərin açılmasına mane olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyanın bir çox ölkələri quru sərhədlərini açıblar, Azərbaycanda vəziyyət hələ də eynidir. Nəzərə almaq lazımdır ki, yay aylarıdır və turistlərin axını var, hər ölkə bundan öz xeyrini götürmək istəyir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında Ağ partiyanın sədri Tural Abbaslı deyib.

O bildirib ki, hava yolları sadə vətəndaşlar və orta gəlirli turistlər üçün sərfəli deyil:

“İnsanlar istirahətə ayırdıqları maliyyənin yarıdan çoxunu biletə vermək istəmirlər. Digər tərəfdən, Azərbaycanda nə Operativ Qərargah, nə də başqa aidiyyatı qurumlar heç bir qaneedici izahat vermir. Quru sərhədlərin hansı səbəbdən açılmaması ilə bağlı konkret nəsə deyilmir, əksinə, Naxçıvan üzərindən yeganə açıq olan quru sərhədlərini də bağladılar. Bunun səbəbini iqtisadi məsələlərdə görürəm. Yəni burada oliqarxlaşmış məmurların biznes gözləntiləri var. Bir çoxları quru sərhədlərin açılmasında, insanların səfər edərək bu və ya digər məhsulları Azərbaycana gətirməsində, alternativ yaranmasında maraqlı deyil”.

Partiya sədri həmçinin quru sərhədlərlə bağlı AZAL-ın maraqlarının olduğunu bildirib:

“Bilirsiniz ki, AZAL çox fantastik qiymətə biletlər satır. Quru sərhədlər açılsa, təbii ki, bilet satışı 70 faiz azalacaq. Ona görə burada ancaq hakimiyyətdəki məmurların iqtisadi maraqlarından söz açmaq olar. Təəssüf ki, bu, onları qane etsə də, xalqın, insanların maraqlarını qarşılamır. Bu baxımdan həmişəki kimi, quru sərhədlərin hər istiqamətdə açılmasını tələb edirik”.