Oliver Stoun: Aİ Rusiyanın İkinci Dünya Müharibəsinə verdiyi töhfəni yaddaşından silibbackend

Oliver Stoun: Aİ Rusiyanın İkinci Dünya Müharibəsinə verdiyi töhfəni yaddaşından silib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı və Qərb ölkələri SSRİ-nin İkinci Dünya Müharibəsindəki rolunu “yaddaşdan sildilər”.

NOCOMMENT.az xəbər verir ki, bunu amerikalı rejissor Oliver Stoun “Bilik.Birinci” marafonunda deyib.

Stoun vurğulayıb ki, 1942-1943-cü illərdə müharibənin nəticəsini müəyyən edən əsas qələbələr məhz Sovet-Alman cəbhəsində əldə olunub. Lakin onun sözlərinə görə, Qərbdə bu tarixə məhəl qoyulmur və Rusiyanın nasizmin məğlub edilməsində töhfəsi tanınmır.

“İnsanlar Rusiya tarixini bilmirlər, o, çox zəif öyrənilib. Amma onu silmək mümkün deyil – bu, bütün dünya üçün vacibdir”, – rejissor bildirib.

Stoun qeyd edib ki, Qərb ölkələri öz tarixlərinə, məsələn, “cəlbedici obyekt” kimi təqdim olunan Britaniyaya diqqət yetirirlər.