Ölkədə aktiv koronavirus xəstələrinin sayı xeyli azalıbbackend

Ölkədə aktiv koronavirus xəstələrinin sayı xeyli azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 883 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 759 229-a çatıb.

NOCOMMENT.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir ki, hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

Xəstələrdən 255 nəfəri reanimasiyadadır ki, onlardan da 51-i süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda daha 193 yoluxma, 492 sağalma və 3 ölüm faktı qeydə alınıb.