Ölkədə avtomobil idxalı kəskin artıb – QİYMƏTLƏRbackend

Ölkədə avtomobil idxalı kəskin artıb – QİYMƏTLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 31 min 220 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər ki, ölkəyə gətirilən avtomobillərin ümumi gömrük dəyəri 318 milyon 139,85 min dollar olub. Nəticədə ölkəyə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 10 min 190 dollar (17 min 323 manat) olub.

Yanvar-may ayları ərzində Azərbaycana 28 min 840 ədəd minik avtomobilləri, 51 ədəd sürücü ilə birlikdə 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2 min 286 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 43 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Bundan başqa xaricdən 3 min 719 ədəd daxiliyanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid), 29 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.

Hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 6 min 67 dollar (10 min 314 manat) olub. Yalnız elektrik mühərrikilə hərəkətə gətirilən 1 ədəd nəqliyyat vasitəsinin orta gömrük dəyəri isə 36 min 69 dollar (61 min 318 manat) olub.

Məlumat üçün bildirək ki, ötən ilin analoji dövrü ilə müqayisdə avtomobillərin idxalı kəskin artıb. Belə ki, ötən ilin yanvar-may aylarında Azərbaycana xaricdən 19 min 678 (bu il 31 min 220) ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədƏ böyük artım isə yük avtomobillərinin idxalıda qeydə alınıb. 2020-ci ili yanvar-may ayında ölkəyə builkindən 2 dəfə az 1 114 yük avtomobili gətirilib.

Diqqət çəkən məqamlardan biri də idxal olunan elektrik mühərrikilə hərəkətə gətirilən avtomobillərin sayının kəskin azalması olub. Bu növ avtomobillərin idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə azalıb.