Ölkədə Britaniya ştamının aşkar olunduğu şəxslərdən biri Ukraynada yoluxub – RƏSMİbackend

Ölkədə Britaniya ştamının aşkar olunduğu şəxslərdən biri Ukraynada yoluxub – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günə qədər Azərbaycanda COVİD-19-un Britaniya ştamına və digər ştamlara yoluxma olub-olmamasını yoxlamaq üçün mütəmadi olaraq genom analizi aparılıb.

NOCOMMENT-in xəbərinə görə, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aparılan analizlər nəticəsində ikisi kişi, biri qadın olmaqla 1977-ci, 1961-ci, 1992-ci il təvəllüdlü üç nəfərdə virusun Britaniya ştamı aşkarlanıb.

Həmin şəxslərdən birinin Ukraynada yoluxduğu müəyyən edilib.