Ölkədə COVID-19-a qarşı peyvənd olunanların VƏZİYYƏTİbackend

Ölkədə COVID-19-a qarşı peyvənd olunanların VƏZİYYƏTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yanvarın 18-dən başlayan vaksinasiya prosesi Azərbaycanın bütün regionlarında keçirilir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, regionlar üzrə peyvənd olunan tibb işçiləri arasında özünü pis hiss edən və ya halı pisləşən olmayıb: “Bu barədə bizdə heç bir məlumat yoxdur”.

Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, Bakı şəhəri üzrə tibb işçilərinin, eləcə də digər vətəndaşların peyvənd olunmasına və həmin şəxslərin vaksinasiyadan sonra səhhətlərinə Səhiyyə Nazirliyi nəzarət edir.