Ölkədə COVİD-19-dan daha 97 nəfər sağalıb, 3 nəfər vəfat edibbackend

Ölkədə COVİD-19-dan daha 97 nəfər sağalıb, 3 nəfər vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT.az -a verilən məlumata görə son sutkada koronavirusdan 3 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 461 nəfər müalicə olunaraq sağalıb, 527 nəfər vəfat edib, 1 998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 014, bu günə qədər isə ümumilikdə 904 506 test icra olunub.