Ölkədə indiyədək yoluxanlarla sağalanlar arasındakı fərq 3 minə düşübbackend

Ölkədə indiyədək yoluxanlar və sağalanlar arasındakı fərq 3 minə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bu günə olan statistik göstəriciləri açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 015, ölkə ərazisində isə indiyə qədər 790 141 test aparılıb.

Məlumata görə aktiv xəstə sayı 2 513 nəfərdir, onlardan 252 nəfər reanimasiyadadır, 47 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, bu gün ölkədə 79 yeni yoluxma, 278 sağalma 2 ölüm faktı qeydə alınıb.

İndiyədək ölkədə ümumilikdə 33 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib.