Ölkədə internetə məhdudiyyət götürülür – RƏSMİbackend

Ölkədə internetə məhdudiyyət götürülür – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla aradan götürüləcək.

NOCOMMENT.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri Ramin Quluzadə bunun 2 noyabr 2020-ci il tarixində olacağını sosial media hesabında bildirib

Nazir ötən müddət ərzində internetin verilişinin məhdudlaşdırılması ilə əlaqədar göstərdikləri anlayışa görə Azərbaycanın çoxmilyonluq internet istifadəçilərinə təşəkkür etdiyini də əlavə edib.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.