Ölkədə işsizlərin sayının artmasının əsas səbəbləri nələrdir? – AÇIQLAMAbackend

Ölkədə işsizlərin sayının artmasının əsas səbəbləri nələrdir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkədə son zamanlarda işsizlərin sayının artmasının əsas səbəblərindən biri odur ki, ölkə iqtisadiyyatının inkişafı gənc nəslin artım tempi ilə tam uyğunluq təşkil etmir. Həmçinin, iş yerlərində daha az işçiyə ehtiyac olduğu üçün işçi ixtisarı baş verir və bu da öz növbəsində işsizliyin artmasına gətirib çıxarır”.

Bu sözləri NOCOMMENT.az-a müsahibəsində sosioloq Yusif Nəbiyev deyib.

“Texnologiyanın inkişafı iş yerlərində görülən işlərin formasında belə dəyişiklik yaradır, əvvəl bir işi yerinə yetirmək üçün 10 işçi lazım idisə, indi texnologiyanın inkişafı səbəbindən bu işi 3-5 işçi yerinə yetirə bilir.

Artıq, insanlar texnologiya, sosial şəbəkə və digər onlayn təsirlər səbəbindən əvvəlki vaxtla müqayisədə fiziki işlərə o qədər də həvəs göstərmirlər. İndiki dövrdə çox ciddi bir məcburiyyət olmadığı halda  insanlar fiziki işlərə o qədər də həvəs göstərmirlər.

KOMPUTERDƏ iş

Ənənəvi karyera yolu – yəni, məktəbi bitir, universitetə gir, məzun ol, işə düzəl – artıq əvvəlki kimi “bərəkətli” deyil.

Əvvəl insanlar bu yolla gedib ev-eşik, maşın, arabir xaricə səyahət, problemsiz qidalanma, səhiyyə, təhsil xidmətləri əldə edə bilirdilər. İndi bu yol sıravi bir vətəndaşa ayı-aya calamağa güclə imkan verir. O da təhsildən kəsərək, səhiyyə ehtiyacını bacardıqca təxirə salaraq. Maşın ala bilsən lüksdür. Ev isə xəyaldır.

Bunun səbəbi təhsil sisteminin müasir əmək bazarına uyğunlaşa bilməməsidir. Bu uyğunsuzluğu da, əsasən, 2 formada görə bilirik:

*Birincisi, əvvəl əmək bazarında təhsilli fərdlər azlıq təşkil edirdi. Hansısa ixtisasda təhsilli olmaq səni cəmiyyətin çox böyük bir qismindən yuxarı mövqeyə qoyurdu. Bu da mülkün, pulun sənə doğru axmasına səbəb olurdu.

diplom

İndi “quru” ali təhsil almaq insanı cəmiyyətdə yuxarı mövqeyə qaldırmır. İndiki dövrdə demək olar ki, hamı ali təhsillidir, hamının diplomu var. Ortaya nəzərəçarpan fərq qoymaq üçün gərək əlavə kurslardan keçilsin, sertifikat toplansın, işinin texniki bilikləri ilə paralel (hard skills) az qala hər işdə lazım olan, fərqli sahələrə proyeksiya oluna bilən alternativ bacarıqlara (soft skills) sahib olunsun, mümkündürsə normal bir sosial profili olsun, öz sahəsi üzrə fikir öndərlərindən olunsun və s.

Bu bacarıqları da adətən universitetdə öyrətmirlər. (Yenə qayıdıram əvvələ – çünki, təhsil sistemi müasir əmək bazarına uyğunlaşa bilməyib)

* İkincisi, iş, əmək formasının özü ciddi dəyişimdən keçib. Əvvəl iş azacıq təhsil ilə avtomatik işləri görmək, əmrləri dinləyib uyğun addımları atmaqdan ibarət idi. Bunun üçün universitet təhsili kifayət idi. Universitet elə məhz bunun üçün yetişdirir insanları. (60-70 il əvvəlin tələblərinə uyğun) Amma indi o işlərin çoxunu informasiya texnologiyaları, süni intellekt həll edir. Adi Excell belə bu saat 55-60 yaş üstü 5 işçinin işini görür. Başında bir kiçik mütəxəssis durması kifayətdir.

İndi əmək bazarı insanlardan daha çox yaradıcılıq, hərtərəfli baxış bucağı, dünya görüşü, ən müasir yanaşmalardan xəbərdarlıq, o müasir yanaşmaları öz işinə inteqrasiya etdirmə bacarığı və s. tələb edir. “Biliyin yarı ömrü” (half-life) deyə bir anlayış var. O yarı ömür qısala-qısala gedir. Belə şəraitdə manevr qabiliyyəti olduqca limitli olan universitetlər, əlbəttə ki, lazım olan ən son informasiyaları verə bilmirlər.

Bu tendensiya fonunda universitetlər öyrətmə funksiyalarını hər keçən gün daha çox itirməyə başlayırlar. Öyrənmək qalır insanın öz öhdəsinə. (Self-study) Universitetlər sadəcə sosiallaşma, çevrə yaratma, ilkin akademik vərdişlər yaratma yeri kimi önəm daşımağa davam edir.

Tələbə unversitet

Bəzi şirkətlər öz işçilərini daha da təkmilləşdirmək üçün büdcə ayırır və onları ödənişli kurslara göndərir. Bir sıra insanların bilik və bacarıqlarını artırmaq üçün ödənişli kurslara getməyə imkanı olmur. Belə insanlar müəyyən təcrübə qazanmaq üçün az əməkhaqqı ilə müəyyən vaxt üçün böyük şirkətlərdə işə başlaya bilərlər və bir müddət işlədikdən sonra şirkətin ayırdığı büdcədən yararlanaraq öz bilik və bacarıqlarını artıra bilərlər”.

ofis_işçiləri

Sosioloq bildirir ki, 4-5 il öncə “Biliyin yarı ömrü” konsepsiyası üzrə video hazırlayıb. O haqqda təlim də olub GYF-də. Gənc tələbələr təlimi olduqca maraqla dinləyiblər.

Yusif Nəbiyev təəssüflə qeyd edir ki, o vaxtdan bəri hələ də bu mövzu kifayət qədər işıqlanmır və hələ də gənclər düşünür ki, bir diplom onlara yaşamaq üçün lazımlı resurları təmin edəcək.

Aişə Abdulova