Ölkədə koronavirusa yoluxma 105-ə düşdübackend

Ölkədə koronavirusa yoluxma 105-ə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün isə koronavirus infeksiyasından daha 360 nəfər sağalıb, 105 yoluxma faktı qeydə alınıb, analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Bu barədə NOCOMMENT.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək Azərbaycanda 33 min 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 30 min 56 nəfər müalicə olunaraq sağalıb, 488 nəfər vəfat edib.