Ölkədə yağ təminatında çətinlik olacaq? – AÇIQLAMAbackend

Ölkədə yağ təminatında çətinlik olacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın hadisəsi nəticəsində “Sun Food” MMC-yə məxsus anbarlara ciddi maddi ziyan dəysə də, əməkdaşlar arasında xəsarət alan yoxdur.

NOCOMMENT.az xəbər verir ki, “Sun Food” MMC-dən yeniavaz.com-a verilən məlumata görə, istehsal müəssisələri yanğın baş verən ərazidən aralıda yerləşdikləri üçün onlara hər hansı ziyan dəyməyib, həmişəki gücü ilə çalışırlar: ““Sun Food” MMC şirkətinin Xırdalan və digər ərazilərdə yerləşən anbarlarında kifayət qədər ehtiyatları mövcuddur. Ölkədə yağ və digər qida məhsullarının təminatı ilə bağlı hər hansı çətinlik yaranmayacaq. Baş vermiş hadisə ilə bağlı dəstəyini bildirmiş hər kəsə təşəkkürümüzü bildiririk. Hazırda aidiyyatı dövlət qurumları tərəfindən araşdırma aparılır, ictimaiyyət nəticələr barədə məlumatlandırılacaq”.