Ölkələrin milli simvolu olan heyvanlarbackend

Ölkələrin milli simvolu olan heyvanlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər bir ölkənin öz simvolları var. Tarixdəki uğurlar, inanclar, coğrafi yerlər və mədəniyyətlər təmsil etdikləri simvolları formalaşdırır.

NOCOMMENT.az bəzi ölkələrin milli simvolu olan heyvanları təqdim edir:

TÜRKİYƏ – BOZQURD

Türklərin simvolu olan Bozqurdun mənşəyi Türeyiş dastanı və Ergenekon dastanından gəlir. Boz qurd simvolu ilk dəfə Göytürklər tərəfindən istifadə edilmişdir. Boz qurd simvolunun seçilməsinin səbəbi isə canavarların öz azadlığını, qoruyucu rəftarı, qətiyyəti sevməsi və əsarətə boyun əyməməsidir.

HİNDİSTAN – PƏLƏNG

Hindistan bir çox pələng növlərinə ev sahibliyi edən bir ölkədir. Gücü, çevikliyi və zərafəti ilə Hindistanın milli simvoludur.

YENİ ZELLANDİYA – KİVİ QUŞU

Kivi quşunun vətəni Yeni Zelandiyadır və o, ölkə ilə sinonimləşib. Hətta ingilis dilində kivi quşu Yeni Zelandiyalılar tərəfindən “Kiwis” kimi tanınır.

AVSTRALİYA – KENQURU

Kenquruların vətəni Avstraliyadır. Ona görə də ölkə ilə eyniləşdirilir.

İNDONEZİYA – KOMODO ƏJDAHASI (VARAN)

İndoneziyanın Komodo, Rintja və Flores adalarında tapılan əjdahalar ölkənin simvoluna çevrilib.

ÇİN – PANDA

Panda Çin mədəniyyətində və tarixində mühüm yeri olan bir heyvandır. Çinlilər pandanı pələng kimi möhkəm və güclü, eyni zamanda sülh simvolu hesab edirlər.

İSVEÇ – SIĞIN

Bu, at və camışdan daha böyük olan uzunayaqlı maraldır. İsveçdə sığınların vəhşi təbiətin və ölkənin təbii ərazilərinin əzəmətini və ləyaqətini təmsil etdiyinə inanırlar.

ŞOTLANDİYA – TƏKBUYNUZLU AT (UNİCORN)

Kelt mifologiyasında təkbuynuzlular kişilik və güc, həmçinin saflıq və günahsızlıq simvolu kimi göstərilir. Unicorn uzun illərdir Şotlandiyanın mühüm simvolu kimi göstərilib.

İSPANYA – BUĞA

Korrida İspaniyanın ənənəvi mədəniyyətidir. Buğalar İspaniyanın qaçılmaz simvollarından biridir.

KANADA – QUNDUZ

Qunduzlara Kanadanın demək olar ki, hər bir şəhərində rast gəlinir. Bu səbəbdən də ölkənin simvolu kimi görünür. Qeyd edək ki, qunduz dərisi keçmişdə Kanadada da satılırdı.

RUSİYA – BOZ AYI

Ruslar boz ayını güc və hiyləgərliyinə görə özlərini ən yaxşı şəkildə təmsil edən heyvan kimi təsvir edirlər.

İNGİLTERE – ŞİR

Aslan İngiltərədə krallıq və zadəganlığı ən yaxşı təmsil edən heyvan olaraq görülür.

FRANSA – XORUZ

Fransızlar üçün keçmişdən gələn bir inanca görə, xoruzların iradə və liderlik qabiliyyəti olan bir heyvan olduğuna inanılır.

ABŞ – AĞ BAŞ QARTAL

Keçəl qartal kimi də tanınan, uzunömürlülüyünə, gücünə və havada sərbəst süzəbilmə qabiliyyətinə görə ABŞ-ı ən yaxşı təmsil edən heyvan kimi tanınır.

NOCOMMENT.AZ