Ölkələrinə könüllü qayıdan suriyalıların sayı 554 mini keçibbackend

Ölkələrinə könüllü qayıdan suriyalıların sayı 554 mini keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələrinin “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Barış bulağı” əməliyyatları ilə terrordan təmizlənən Suriyadakı təhlükəsiz bölgələrə Türkiyədən qayıdanların sayı 554 min 609-a çatıb. Suriyada terrordan təmizlənmiş bölgələrdə gündəlik həyatı normallaşdırmaq üçün səylər sürətlə davam edir.

NOCOMMENT xəbər verir ki, Suriyada terrordan təmizlənmiş bölgələrdə gündəlik həyatı normallaşdırmaq üçün səylər sürətlə davam edir.

Türkiyənin məsləhətçiliyi ilə təhsil, səhiyyə, nəqliyyat, infrastruktur, idman və ticarət kimi sahələrdə sərmayələrlə yerli məclislər tərəfindən cəlbedici hala gətirilən suriyalıların bölgələrə könüllü dönüşü davam edir.

Uzun illər Türkiyədə yaşamaq məcburiyyətində qalan suriyalılar Miqrasiya İdarəsi Müdirliyinin Könüllü Geri Dönüş Bürosunda aparılan əməliyyatlardan sonra Qaziantep, Şanlıurfa, Kilis və Hataydan ölkələrinə köç edirlər.