Ölkəmizdə Ayfon13-ün satış qiyməti bəlli oldubackend

Ölkəmizdə Ayfon13-ün satış qiyməti bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda satışa çıxarılacaq Ayfon-13 (iPhone13) telefonunun qiyməti məlum olub.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, sözügedən cihazın Azərbaycanda satış qiymətləri 2300-4700 manat arasında dəyişəcək.

Qeyd edək ki, ötən ayın ortalarında təqdimatı keçirilən Ayfon13 bir neçə ölkədə satışa çıxarılıb. Cihazın qiyməti ABŞ-da 700-1099 dollar, Rusiyada 79990-109990 rubl, Avropa ölkələrində isə 899-1249 avro arası dəyişir.