Ölkəmizdə notariat sistemi iflic oldu: heç yerdə işləmirbackend

Ölkəmizdə notariat sistemi iflic oldu: heç yerdə işləmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda artıq iki gündür notariat sistemi işləmir.

NOCOMMENT-in xəbərinə görə, bu barədə axar.az-a məlumat verən sakinlərin sözlərinə görə, ölkədəki bütün notariatlar, hətta ASAN-dakı notarius xidmətləri də iflic olub. Səbəb kimi isə şəbəkədə problem yarandığı bildirilir. Maraqlıdır ki, problemin nədən qaynaqlandığı və nə zaman həll ediləcəyi də bəlli deyil.

ASAN Xidmət Mərkəzindən saytımıza bildiriblər ki, ASAN Xidmət mərkəzlərində notariat sisteminin işləməməsinin səbəbi ümumi bazada problemin yaranması ilə bağlıdır.

“Problem ümumi ədliyyə sistemindədir. Nə vaxta düzələcəyi haqqında dəqiq nəsə deyə bilmərik. Çünki sistem donub. Elə bilin ki, telefonunuz donub və anidən açıla bilər. Ona görə də vaxt və müddət barədə nəsə demək çətindir”, – deyə qeyd edilib.

Ədliyyə Nazirliyinə sorğu göndərilib.