Ölkənin elektrikli avtomobil idxalına çəkdiyi xərc 4 milyon dollar artıbbackend

Ölkənin elektrikli avtomobil idxalına çəkdiyi xərc 4 milyon dollar artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-avqust aylarında Azərbaycana ümumilikdə 78,4 milyon dollar dəyərində 1971 ədəd elektrikli avtomobil idxal olunub.

NOCOMMENT.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan elektromobillərin sayı 168 ədəd artıb.

Bu dövrdə elektrikli avtomobil idxalına çəkilən xərc ötən ilin 8 ayına nisbətən 4,3 milyon dollar və ya 5,8% artıb.