KoronaVirus İnformasiya Portalı
Ölkənin ən intensiv yolunda hərəkət qismən məhdudlaşdırılacaqbackend

Ölkənin ən intensiv yolunda hərəkət qismən məhdudlaşdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləri həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən NOCOMMENT-ə verilən məlumata görə, bununla əlaqədar olaraq, hər bir istiqamət üzrə hərəkət intensivlik nəzərə alınaraq hissə-hissə qismən məhdudlaşdırılır.

Təhlükəsizlik baxımından relslərin söküntüsü körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işlərinə başlanılan zaman buna müvafiq olaraq təhlükəsizlik tədbirləri görüləcək.