Ölkənin məşhur şirkəti məktəblilərə dəstək oldubackend

Ölkənin məşhur şirkəti məktəblilərə dəstək oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabr 15-də Bilik Günü ilə əlaqədar Avrora şirkəti sosial məsuliyyət proqramına uyğun olaraq Qusar rayonunun Cağar kənd orta məktəbində təhsil alan bütün şagirdləri məktəb ləvazimatları və çantalarla təmin edib.

NOCOMMENT xəbər verir ki, görüşdə çıxış edən məktəb direktoru və Avrora şirkətinin əməkdaşları şagirdləri yeni tədris ili münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıblar.

Məlumat üçün bildirək ki, Avrora şirkəti 2020-ci ilin korporativ sosial məsuliyyət proqramında uşaqlara xüsusi yer ayıraraq, bu istiqamətdə silsilə tədbirləri davam etdirməyi planlaşdırıb. Məqsəd sosial təminatı zəif uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə dəstək verməkdir.