Ölkənin qapılarını ABŞ-nin üzünə açmayınbackend

Ölkənin qapılarını ABŞ-nin üzünə açmayın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvadorda mütəşəkkil cinayətkarlıq və narkotik ticarəti ilə mübarizədə ABŞ-nin iştirakına icazə verilməməlidir.

NOCOMMENT.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro, Ekvadorlu həmkarı Daniel Noboa ilə telefonla danışarkən belə deyib.

O, həmkarını bu addımı atmaqdan çəkindirməyə çalşıb:

“Cənab Noboaya hörmətlə dedim ki, ölkənizin qapılarını şeytana açmayın. Mənə deyin, cənab Noboa, dünyada ABŞ-nin sabitliyə kömək etdiyi bir ölkə varmı? ABŞ hara gedirsə, orada xaos hökm sürür. Cənub Komandanlığı, Ekvadora heç vaxt sülh və həqiqi təhlükəsizlik gətirməyəcək. Bu addımı atmaqdan çəkinmək lazımdır. Prezident Noboa, istəsəniz danışa bilərik. Mən sizə deyə bilərəm ki, Venesuela öz yeni təhlükəsizlik əsaslarını, Narkotiklərlə Mübarizə İdarəsi olmadan, Amerika hərbi missiyası olmadan, öz milli doktrinası və səyləri ilə necə qurur”.