Ölkəyə gələn xarici vətəndaş sayında artım müşahidə edilibbackend

Ölkəyə gələn xarici vətəndaş sayında artım müşahidə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvar ayında yumşalmalarla birgə ölkədə turizm sahəsi özünə gəlməyə başlayıb. Əsasən də, daxili turizmdə bir canlanma baş verib.

“May ayında verilən qərarlardan sonra turizm üçün daha geniş imkanlar yarandı. Faktiki olaraq daxili turizmin bərpası üçün böyük təkanlar verdi. İyulun sonu avqustun əvvəlində verilən son qərara görə 29 ölkədən vətəndaşlara icazə verildi ki, hava yolları ilə Azərbaycana gəlsinlər”.

Bu barədə NOCOMMENT-ə açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, ötən illə müqayisədə bu il üçün xarici vətəndaşların sayı artıb.

Qeyd edək ki, hazırda turizm yalnız hava yolu ilə mümkündür.