Ölkəyə gətirilən tibbi maska və əlcəklərin gömrük rüsumundan azad edilmə müddəti uzadıldıbackend

Ölkəyə gətirilən tibbi maska və əlcəklərin gömrük rüsumundan azad edilmə müddəti uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxal gömrük rüsumundan azad edilməsi müddəti daha bir ay uzadılıb.

NOCOMMENT.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı ” “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 2020-ci il 5 mart tarixli 84 nömrəli Qərarında dəyişiklik edib.

Qeyd edək ki, bu müddət iyunun 1-dən iyulun 1-dək uzadılıb.