Dövlət müəssisələrinin birində çəkiliş aparan jurnalistlə qurumun nümayəndəsi arasında gərgin anlar yaşanıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə zamanı jurnalist məsələ ilə bağlı rəsmi mövqe almaq istəyib. Lakin rəhbər şəxs kameranın qarşısında açıqlama verməkdən imtina edib.
Dialoqdan sitat:
– “Biz sizə deyirik ki, kameranın qarşısında şikayəti ünvanlayaq və siz də bizə cavab verin.”
– “Olmaz.”
– “Niyə olmaz? Axı bu ictimai məsələdir, vətəndaş şikayət edib. Biz sadəcə mövqeyinizi efirdə təqdim etmək istəyirik.”
– “Sizə məlumat veriləcək.”
Jurnalist isə bildirib ki, sözügedən məsələ ümumi ictimai xarakter daşıyır və vətəndaşların şikayətlərinə aydınlıq gətirilməsi vacibdir.