Ölmüş qızının əlini buraxmayan ata ilk dəfə danışdı – FOTObackend

Ölmüş qızının əlini buraxmayan ata ilk dəfə danışdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda zəlzələdə dağıntılar altında qalan və həyatını itirən qızının əlini buraxmayan ata Almaniyanın Bild qəzetinə danışıb.

NOCOMMENT.az xəbər verir ki, 49 yaşlı Mesut Hançer Kahramanmaraşda dağıntılar altında ölən 15 yaşlı qızı Irmakın əlindən tutaraq görüntülənmişdi.

Üzündə təsvirolunmaz ağrı olan narıncı pencək geyinən atanın fotosu hər kəsə təsir etmişdi.

Zəlzələ zamanı işlədiyini qeyd edən ata, zəlzələ olan kimi əvvəlcə ailəsinə zəng vurduğunu və həyat yoldaşının, iki qızının və oğlunun yaxşı olduğunu öyrəndiyini deyib.

Kiçik qızı Irmakın həmin gecə nənəsinin yanında qaldığını bildirib.

Anasının evini axtaran, lakin əlaqə qura bilməyən ata qəzetə bildirib ki, “Allahım, evimiz salamat olsun” deyə qışqıraraq binanın olduğu əraziyə qaçıb. Qızını xilas etmək üçün çox çalışdığını, lakin buna nail ola bilmədiyini ifadə edən Hançer, “Şahzadəmi xilas etmək üçün çılpaq əllərimlə torpağı qazmağa çalışdım, çıxara bilmədim. Çox dua etdim, təəssüf ki,olmadı, onu itirdik” deyə