Ölüm xəbəri yayılan Sərdar Ortac DANIŞDIbackend

Ölüm xəbəri yayılan Sərdar Ortac DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın öldüyü ilə bağlı iddialar yayılıb.

NOCOMMENT.az bildirir ki, bu barədə xarici media məlumat yayıb.

Müğənni ölüm xəbəri ilə bağlı video paylaşaraq, iddialara son qoyub.

Sənətçinin canlı şəkildə “ölmədim” deyə verdiyi cavab, həm pərəstişkarları, həm də ictimaiyyət üçün aydınlıq gətirib.

Qeyd edək ki, Ortac, bir neçə ildir Multipl Skleroz (MS) adlı xroniki sinir sistemi xəstəliyi ilə mübarizə aparır. Bu xəstəlik onun fiziki hərəkətlərinə ciddi təsir göstərsə də, sənətçi müalicəyə davam edir və son açıqlamasına görə vəziyyəti yaxşılaşmağa doğru gedir.