Ölümcül istilər Qərbi Afrika və Cənubi Asiyanı həyat üçün yararsız edəcəkbackend

Ölümcül istilər Qərbi Afrika və Cənubi Asiyanı həyat üçün yararsız edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqlim dəyişikliyi Qərbi Afrika və Cənubi Asiya sakinlərinə daha çox mənfi təsir göstərə bilər.

NOCOMMENT.az BBC-ə istinadla xəbər verir ki, ekspertlər 2024-cü ilin qızmar yayının gələcək istilərlə müqayisədə sərin görünəcəyini bildiriblər. Yuxarıda qeyd edilən bölgələrdə əhalinin sıxlığı yüksəkdir və kondisionerdən istifadə imkanları məhduddur. Bu amillər həmin regionlarda yaşamağı qeyri-mümkün edir.

Alimlərin fikrincə, qlobal istiləşmənin güclənməsi fonunda ABŞ-ın bəzi əraziləri, xüsusən də orta qərb hissəsi ekstremal temperaturların episentrinə çevrilə bilər.

Bundan əvvəl BMT-nin Ümumdünya Ərzaq Proqramının Cənubi Afrika üzrə regional direktoru vəzifəsini icra edən Lola Kastro bildirib ki, son 100 ilin ən qızmar yayı nəticəsində yaranan quraqlıq bu bölgəni 2025-ci ilə qədər məhsulsuz qoyub.