Ölümsüzlük bitkisi – Aloe veranın FAYDALARIbackend

Ölümsüzlük bitkisi – Aloe veranın FAYDALARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Faydalarına görə qədim Misirdə ölümsüzlük bitkisi adlandırılan Aloe vera həm tibbi, həm də gözəllik sahələrində tez-tez istifadə edilən son dərəcə faydalı bir bitkidir.

NOCOMMENT.az -ın məlumatına görə hindlilər bu bitkini sehrli cənnət çubuğu da adlandırırlar.

Bədənimizdə saçlarımızdan dırnaqlarımıza qədər saysız-hesabsız faydası olan aloe vera bitkisini özünüz də evdə böyüdə bilərsiniz.

Kosmetik məhsullarda və əczaçılıqda istifadə olunan Aloe vera bitkisi, isti bölgələrdə daha çox yetişir.

Bu şəfalı bitkinin faydalarını təqdim edirik:

  • Aloe Vera həzm sistemini gücləndirir.
  • Mədə xəstəliklərini minimuma endirir.
  • Dəridə zədələnmiş hüceyrələri bərpa etmək və dərini nəmləndirmək üçün istifadə edilə bilər.
  • Aloe vera yağı və ya aloe vera sabunu dəriyə çəkildikdə, xüsusilə quru dəridə tez-tez rast gəlinən tökülmə və qızartı problemlərinin yaxşılaşdırılmasına kömək edir.
  • Günəş işığının zərərli təsirlərindən yaranan dəri yanıqları, dəri iltihabı və digər yanıqlar aloe veranın komponentləri ilə müalicə olunur.
  • Kolon (bağırsaq) xərçəngi riskini azaldır.
  • Bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur.
  • Bağırsaq göbələklərini təmizləyir.
  • Böyrəkləri xəstəliklərdən qoruyan aloe vera fermentləri bədəndə saxlama qabiliyyətinə sahibdir.
  • İnfeksiyanın əmələ gəlməsinin qarşısını alır.
  • Maddələr mübadiləsini sürətləndirir.
  • Qana oksigen verən aloe vera bitkisi iltihab problemlərini müalicə edir.
  • Aloe vera sızanaqları müalicə etmək üçün istifadə olunur.
  • Antioksidan xüsusiyyətləri sayəsində dərinin qocalmasının qarşısını alır.
  • Aloe vera bitkisi xərçəng şişlərinin erkən mərhələdə meydana gəlməsinin qarşısını ala bilər.
  • Xolesterol səviyyəsini tarazlıqda saxlayır.
  • Ürək-damar sağlamlığı üçün faydalıdır.
  • Qan axışını sürətləndirərək damar tıxanıqlığının qarşısını alır.
  • Aloe vera gel və sabunu dəri allergiyasını müalicə edir.
  • Aloe vera depressiya və psixi xəstəliklərə səbəb olan problemləri aradan qaldıra bilər.
  • Bu bitki radiasiyanın təsirlərini azaldır.
  • Aloe vera antiseptik xüsusiyyətə malikdir.
  • Bədəndə minerallar və vitaminləri saxlayır.
  • Diabet üçün faydalı olması müşahidə edilib.
  • Aloe vera geli həşərat sancmalarına qarşı faydalıdır.
  • Aloe vera kremi sızanaqları aradan qaldırmağa kömək edir.
  • Ekzema və sədəf kimi dəri xəstəlikləri üçün faydalıdır.
  • Aloe vera bitkisini qaynadıb içməklə astmanın təsirini azalda bilərsiniz.
  • Bu möcüzəvi bitkinin suyu göz iltihabını aradan qaldırır.
  • Aloe vera şirəsi alma ilə qəbul edildikdə laksatif rolunu oynayır.

Aloe veranın mənfi təsirləri

Aloe vera bir çox faydaya sahib olmasına baxmayaraq, əks təsirləri də var. Buna görə hansı məqsədlə istifadə edilməsindən asılı olmayaraq, həkim məsləhəti mütləqdir.

  • Allergik reaksiyalar verə bilər
  • Qarın ağrımalarına səbəb ola bilər
  • Qanda potasium səviyyəsini azaldıb halsızlıq, düzənsiz ürək döyüntüsü və əzələlərin yumşalması kimi problemlərə səbəb olur
  • Çox istifadəsi orqanizmi susuzlaşdırır, sidiyin qırmızı rəngdə gəlməsi ilə nəticələnən ciddi problemlərə yol açar
  • Cərrahi yaralarda yaraların gec sağalmasına səbəb olur
  • Günəşə çıxmadan əvvəl istifadə edilərsə, günəş ləkələrinə səbəb olur
  • Hamilələrdə uşaqlıq yolunda erkən sıxılmalara səbəb olub, düşmə ilə nəticələnə bilər. Buna görə hamilələrin istifadə etməsi məsləhət deyil
  • Hansısa cərrahi əməliyyat olacaqsa ondan əvvəl istifadəsi dayandırılmalıdır. Əgər dayandırılmasa əməliyyatlarda ölümlə sonuclana bilər.
  • Menstruasiya zamanı qanamanı artırır