“Oman LNG” “TotalEnergies” ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıbbackend

“Oman LNG” “TotalEnergies” ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Omanın “Oman LNG” şirkəti Fransanın “TotalEnergies”i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Oman LNG”nin bəyanatında bildirilib.

Müqavilənin şərtlərinə görə, “Oman LNG”də 5,54 % paya sahib Fransa şirkəti 10 il müddətinə Yaxın Şərq istehsalçısından MTQ alacaq. Nəqlin 2025-ci ildə başlanması gözlənilir. Şirkət müqavilənin məbləğini açıqlamır.

Fransa şirkətinin bəyanatına görə isə, “TotalEnergies”nin həmçinin Omanın “Marsa LNG” layihəsinə dair yekun investisiya qərarını qəbul edib. O, 80 %-i “TotalEnergies”ə, qalan 20 %-i Oman dövlət neft şirkəti OQ-ya məxsus olan “Marsa Liquefied Natural Gas” adlı müştərək müəssisə tərəfindən gerçəkləşdiriləcək.

Layihə 33,19 % müştərək müəssisəyə məxsus olan “Mabrouk North-East” yatağında sutkada 4,25 milyon kubmetr təbii qaz hasilini nəzərdə tutur. Çıxarılan qaz “Marsa LNG” zavodu üçün xammal kimi istifadə olunacaq. Layihə çərçivəsində şirkətlər Omanın Sohar limanında ildə 1 milyon ton gücündə MTQ istehsalı zavodu tikməyi də planlaşdırır.

Qeyd edək ki, Oman dünyanın 10 ən böyük MTQ təchizatçısından biridir. Son illərdə sultanlıq Avropa və Asiya-Sakit okean regionunda təbii qaz tələbatını ödəmək üçün əlavə istehsal gücünün yaradılmasına diqqət yetirir. “Oman LNG” ildə 10,4 milyon ton MTQ istehsal edir.