Ombudsman Ağdamda faktaraşdırıcı missiya həyata keçirdibackend

Ombudsman Ağdamda faktaraşdırıcı missiya həyata keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə dağıdılmış qəbiristanlıqlarla bağlı faktaraşdırıcı missiyanı Ağdam rayonunda davam etdirib.

Ombudsman Aparatından NOCOMMENT.az-a bildirilib ki, faktaraşdırıcı səfər çərçivəsində Ağdam rayonunda Qarağacı və Uzundərə qəbiristanlıqlarında monitorinq aparılıb və hüquq pozuntularına dair zəruri materiallar toplanılıb. Digər rayonlarda olduğu kimi, Ağdamdakı qəbiristanlıqlarda da Ermənistan tərəfindən işğal dövründə basdırılmış minalarla bağlı təhlükənin mövcud olduğu aşkarlanıb.

Qeyd olunduğu kimi, ombudsmanın həyata keçirdiyi yerində araşdırmaların nəticələri əsasında hesabat hazırlanaraq, beynəlxalq və regional təşkilatlara ünvanlanacaq.