Ombudsman nümayəndələri minaya düşən komandiri ziyarət etdibackend

Ombudsman nümayəndələri minaya düşən komandiri ziyarət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Kəlbəcər rayonunda minaya düşmüş Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komandiri Vüqar İsbəndiyarovu ziyarət ediblər.

Bu barədə NOCOMMENT.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Ombudsman Səbinə Əliyevanın tapşırığı əsasında hərbçi ilə keçirilmiş növbəti ziyarət zamanı ona bir daha Ombudsmanın adından şəfa diləkləri çatdırılıb, sağlamlıq vəziyyəti və qayğıları öyrənilib. Görüşdə hərbçinin səhhətinin stabil olduğu bildirilib.

V.İsbəndiyarov mütəmadi olaraq vəziyyətinin diqqətdə saxlanılmasına görə Ombudsmana minnətdarlığını ifadə edib.