Ombudsman Reza Degatini mükafatlandırıbbackend

Ombudsman Reza Degatini mükafatlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Reza Degati Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, görüş zamanı Ombudsman müharibə zamanı Azərbaycanlılara qarşı törədilən cinayətlərinin, ölkəmizə qarşı təcavüz və mülki əhaliyə qarşı törədilən etnik təmizləmə siyasətinin ağır nəticələri haqqında dünya ictimaiyyətinə dolğun, obyektiv, qərəzsiz məlumatların çatdırılmasına görə Reza Degatiyə təşəkkür edib.

Öz növbəsində Reza Degati Birinci Qarabag müharibəsində lentə aldığı kadrların tarixi, 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmuş ərazilərdə apardığı çəkilişlər zamanı mülki, dini obyektlərin yerlə-yeksan edilməsi, bu barədə dünya ictimaiyyətinə ünvanladığı foto və video çəkilişlər haqqında məlumat verib. Azərbaycan həqiqətlərinin yayılması istiqamətində Ombudsman İnstitutu ilə əməkdaşlığın məqsədəuyğun olduğunu bildirib.

Görüşün yekununda Ombudsman Reza Degatiyə “İşğal olunmuş ərazilərdə ermənilərin törətdiyi vandalizm aktlarını, insan haqlarının pozulmasını fotoşəkillər vasitəsi ilə dünyaya çatdırılmasına verdiyi dəyərli töhfə üçün” fəxri diplomu ilə mükafatlandırıb.