Ombudsman şəhid jurnalistlərin ailələrini ziyarət edibbackend

Ombudsman şəhid jurnalistlərin ailələrini ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ombudsman Səbinə Əliyeva Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) əməkdaşı Məhərrəm İbrahimovun və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovun ailələrini ziyarət edib.

Bu barədə NOCOMMENT.az -a Ombudsman Aparatından bildirilib.

S.Əliyeva həlak olanların ailələrinə başsağlığı verib və səbir diləyib.