Ombudsmandan ermənilərin Azərbaycan hərbçisinin nəşini yandırmasına REAKSİYAbackend

Ombudsmandan ermənilərin Azərbaycan hərbçisinin nəşini yandırmasına REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinin hərbçisinin nəşinin erməni əsgərləri tərəfindən yandırılması ilə bağlı video yayılıb.

NOCOMMENT xəbər verir ki, ombudsman Səbinə Əliyeva tvitter hesabında həmin dəhşətli görüntüləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

O qeyd edib ki, videodan əsgərin sağ olub-olmamasını müəyyənləşdirmək çətindir: “Bu qəddarlıq Ermənistanın Azərbaycana qarşı nifrətinin açıq sübutudur və hərbi cinayətdir”.

Ombudsman paylaşımına Avropa İnsan hüquqları üzrə müvəkkil Dunja Mijatoviçi, Beynəlxalq Qızıl Xaç Komitəsini (ICRC) də işarələyib.