Ömər aşırımında qəza: Şirkət əməkdaşları xəsarət aldılarbackend

Ömər aşırımında qəza: Şirkət əməkdaşları xəsarət aldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Niva” markalı minik maşını idarəetmədən çıxıb və dərəyə aşıb.

Qəza zamanı 5 nəfər – 1975-ci il təvəllüdlü Qasımov Vüqar Şahid oğlu, 1983-cü il təvəllüdlü Məmmədov İlkin Rizvan oğlu, 1990-cı il təvəllüdlü Məmmədov Cəsur Surxay oğlu, 1985-ci il təvəllüdlü Səmədov Faiq Rasif oğlu və 1987-ci il təvəllüdlü Nağıyev Ruslan Vidadi oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya düşənlərin şirkət işçiləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.