OMİD 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edirbackend

OMİD 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən “OMİD” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, “OMİD” MMC barəsində tərtib olunan protokola Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə aprel ayının 2-i saat 10:00-da baxılacaq. Qeyd edək ki, ilk iclas 27 mart tarixində baş tutub.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxslər 5 min manatdan 10 min manatadək cərimə edilə bilər.

Onu da bildirək ki, nizamnamə kapitalı 300 manat olan “OMİD” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Məmmədov Rəhman Vaqif oğludur.