“Ömürlük bunun fəsadını yaşayırıq”backend

“Ömürlük bunun fəsadını yaşayırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aktyor olmaq səhnədə başqasının həyatını yaşamaq deyil. Öz həyatını sadəcə içində susdurmaqdır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə yazıb. Əməkdar artist Çingiz Əhmədovla foto paylaşan aktrisa bunları əlavə edib:

“Aktyor yüz dəfə ölür, dirilir. Hər oynadığmız obraz bir parca ürək aparır bizdən. “Biz sadəcə bu rolu oynadıq” deyə, düşünsək də, o şuraltımızda öz izini qoyur. Dəfələrlə səhnədə xəsarətlər alırıq (ayağımız, qolumuz və sairə) və ömürlük bunların fəsadını yaşayırıq. Biz sənətdə həm sevilirik, həm tənqid olunuruq. Adi insan bəlkə də buna dözməz. Biz dözürük. Ona görə yox ki, bizə təsir etmir, biz də insanıq. Sadəcə, bizi sevənlərin və sənətin xatirinə dözürük. Deyirlər acısı da şirin olur məhəbbətin. Azərbaycan aktyorları əsl fədaidirlər. Açıqlaması isə məndə qalsın”.axşam.az