On minlərlə müəllim etiraz elədibackend

On minlərlə müəllim etiraz elədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyada on minlərlə müəllim daha yaxşı maaş və iş şəraiti üçün tətil keçirir.

NOCOMMENT-in məlumatına görə, İbtidai Məktəbdən Sonra Müəllimlər Assosiasiyasının və Yeni Zelandiya Təhsil İnstitutunun Te Riu Roa 50.000 üzvü hökumətin kollektiv sövdələşmə təkliflərini rədd etdikdən sonra yaşayış xərclərinin yüksək olmasına görə tətilə başlayıb.

Ölkədə maaş və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirilən tətillər səbəbindən məktəblər və uşaq bağçaları bağlanıb.

Yeni Zelandiyanın təhsil naziri Jan Tinetti vəziyyətin bu həddə çatmasından məyus olduğunu, ən qısa zamanda həll yolu tapmağa çalışacağını bildirib.