Ondan çox aktiv koronavirus xəstəsi ictimai yerdə saxlandıbackend

Ondan çox aktiv koronavirus xəstəsi ictimai yerdə saxlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər orqanları əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, yanvarın altısında ölkə ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb. Onlardan 10 nəfəri evə qaytarılıb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Həmin şəxslərdən doqquz nəfər barəsində cinayət işi başlanıb.