Onik Qasparyan: Onlar düşmənin dəyirmanına su tökürlərbackend

Onik Qasparyan: Onlar düşmənin dəyirmanına su tökürlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın istefaya göndərdiyi Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Onik Qasparyan Təhlükəsizlik Şurasının sentyabrın 30-da keçirilən iclasındakı çıxışının tam mətninin dərc edilməsini istəyib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Onik Qasparyan bildirib.

“Ermənistan prezidenti Armen Sarkisyanın həmin iclasdakı yekun çıxışını və ondan sonrakı mənim çıxşımın tam mətnini xahiş edirəm dərc edin”, – deyə Onik Qasparyan vurğulayıb.

O bildirib ki, məsələ müharibə ilə bağlı olduğu üçün ona soyuqqanlılıqla yanaşmaq lazımdır və emosionallıq göstərməyə ehtiyac yoxdur: “Belə yanaşma ilə onlar cəmiyyəti çaşdırır və düşmənin dəyirmanına su tökür”.

Qeyd edək ki, Onik Qasparyanın sentyabrın 30-da Təhlükəsizlik Şurasının iclasında çıxşının bir hissəsi yayılıb.