Onkoloji xəstəliklərdə psixoterapiyanın rolu – VİDEObackend

Onkoloji xəstəliklərdə psixoterapiyanın rolu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstəliklərin sayı artmaqdadır.

Bildiyimiz kimi, onkoloji xəstələrin bir çoxu xəstəliyə tutulduğunu biləndə ümidsizliyə qapılır, ruh düşkünlüyü yaşayır. Buna görə də, bu şəxslərin eyni zamanda psixoloji dəstək görmələri olduqca vacibdir.

“Onkoloji xəstələrlə psixoloq işləməlidir. Çünki onlarda bir savaşçı ruhu oyatmaq lazımdır. Əvvəl onlarda bu problemi qəbul etmək, bu xəstəliyi qəbul etmək, bu xəstəliklə yaşamaq və bu xəstəliklə savaşmaq motivasiyası lazımdır. Bunun üçün mütləq mütəxəssislə işləməlidirlər”.

Bunu NOCOMMENT.az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı bildirib.

Psixoloqun sözlərinə görə, mütəxəssislə işlədikləri zaman həmin xəstələrin ruh halları, ətrafla, xəstəliklə münasibətləri daha fərqli olur. Uşaqlıqdan yaranan müəyyən travmaları yenməkdə daha uğurlu olurlar.

“Hər bir xəstəlik travmaların daha geniş, daha böyük miqyasda üzə çıxmasına səbəb olur. Buna görə də, mütəxəssislə işləmək lazımdır. Qrup və motivasiya terapiyaları lazımdır. Özünə və ətrafa baxış lazımdır. Çünki bu insanların sosial mühitə, özünə nifrəti yaranır, Tanrıya qarşı üsyanı yaranır.

Bütün bunların fonunda aqresiv, ailəsi tərəfindən anlaşılmayan bir insan yaranır. Amma onkoloji xəstələr mütəxəssislə işlədikləri zaman bu problemləri dəf edirlər və daha mehriban, mühafizəkar və savaşçı olurlar. Psixoterapiya ilə birlikdə müalicənin və ağrıların öhdəsindən gəlmək daha asan olur”.

Qeyd edək ki, sağlam psixoloji ruh halı farmakoloji müalicəni qəbul etməyə və müalicə dövrünü asan keçirtməyə kömək edir.

NOCOMMENT.az