Onlar 20 ildən artıqdır icra başçısı işləyir – SİYAHIbackend

Onlar 20 ildən artıqdır icra başçısı işləyir – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin Şəmkir və Cəlilabad rayonlarına təyin etdiyi yeni icra başçılarını videoformatda qəbul zamanı səsləndirdiyi problemlər bu kateqoriyadan olan məmurları yenidən gündəmə gətirib.

Prezident bu dəfə kifayət qədər ciddi məqamlara toxundu və xəbərdarlıq etdi ki, dövlət əmlakını mənimsəyənlərə güzəşt olunmayacaq. Xüsusilə korrupsiyanın ən çox yol verildiyi tenderlər məsələsinə diqqət çəkdi.

Prezidentin bu çıxışı mediada, sosial şəbəkələrdə müzakirə olundu və şərh edildi. İrəli sürülən fikirlərdən biri də budur ki, bir şəxsin uzun müddət eyni vəzifədə qalması əksər hallarda neqativ halların ortaya çıxmasına səbəb olur.

NOCOMMENT xəbər verir ki, ötən gün yenisabah-a danışan ictimai xadim Baba Vəziroğlu da Azərbaycanda icra başçıları ilə bağlı islahatların davam etməsinin vacibliyini vurğulamışdı.

Bu məqamda Azərbaycanda 10 ildən artıq icra başçısı vəzifəsi tutan şəxslərin siyahısını tutulub. Onların içərisində elələri var ki, 10 ildən artıqdır eyni rayonda rəhbərdir. Lakin bəziləri də ayrı-ayrı rayonlarda icra başçısı olub və bu gün də eyni titulu daşıyırlar.

Aşağıda uzun müddət icra başçısı olan şəxslərin siyahısını təqdim edirik. Siyahıdakı adlardan sonrakı tarix onun ilk dəfə bu vəzifəyə təyin olunduğu vaxtı, tarixdən sonrakı rayon adı onun ilk dəfə hansı rayona icra başçısı təyin olunduğunu, sonuncu rayon adı isə onun hazırda həmin rayonda rəhbər olduğunu göstərir:

Eyvaz Hüseynov – 1992: Xocavənd
Adil Məmmədov – 1994: Oğuz, Qəbələ, Biləsuvar, Qobustan
Novruz Novruzov – 1995: Lerik, Goranboy, Şabran, Siyəzən
Taleh Qaraşov – 1996: Kürdəmir, Cəlilabad, Nertçala, Astara, Lənkəran
Eldar Əzizov – 2000: Nizami, Gəncə, Sumqayıt, Səbail, Bakı
Şahmar Usubov: 2000: Xocalı
Malik İsaqov – 2001: Qubadlı
Abidin Fərzəliyev – 2003: Nizami, Nərimanov
Şahin Məmmədov – 2004: Samux, Ağcabədi, Masallı
Zakir Fərəcov – 2005: Abşeron, Sumqayıt
İlqar Abbasov – 2005: Nərimanov, Suraxanı, Şirvan
Süleyman Mikayılov – 2005: Yardımlı, Lənkəran, Qaradağ
Vidadi İsayev – 2005: Bərdə, Tərtər
Alı Qocayev – 2005: Binəqədi, Samux
Mənsur Məmmədov – 2005: Zərdab, Göyçay, Ucar
Mərdan Camalov – 2005: Şirvan, Zərdab
Asif Əsgərov – 2006: Zaqatala, Səbail, Nəsimi
Xəzər Aslanov – 2006: Yardımlı, Xızı
Qəzənfər Ağayev – 2006: Yardımlı, Masallı, Astara
Şair Alxasov – 2007: Qusar
Mübariz Əhmədzadə – 2007: Qax, Zaqatala
Siraqəddin Cabbarov – 2008: Saatlı, Sabirabad
Bayram Səfərov – 2009: Şuşa
Tofiq İbrahimov 2010: Lənkəran, Ağdaş
Musa Şəkiliyev – 2010: Qax
Elxan Usubov – 2011: Şəki
Eldəniz Xudiyev 2011: Kəpəz
İslam Rzayev – 2011: Balakən
Əhəd Abıyev – 2011: Daşkəsən
Alı Alıyev – 2011: Füzuli
Eyvaz Qurbanov – 2011: Oğuz
Ayaz Əsgərov – 2011: Qazax, Yardımlı
Ramiz Həsənov – 2011: Zəngilan
Niyazi Bayramov – 2012: Mingəçevir, Gəncə