”Onlar Dağlıq Qarabağda qorxu içində yaşayacaqlar” – Keçmiş səfirdən açıqlamabackend

”Onlar Dağlıq Qarabağda qorxu içində yaşayacaqlar” – Keçmiş səfirdən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğalçı Ermənistan müstəqillik qazandıqdan sonra qeyri-qanuni addımlar atmaqla məşğuldur. Ermənistan Suriya və Livandan erməni ailələrini və terrorçuları işğal edilmiş Azərbaycan ərazilərində məskunlaşdırmaqla məşğuldur.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş fövqaladə və səlahiyyətli səfiri Hulusi Kılıc bilidirib.

Keçmiş səfir bildirib ki, Ermənistanda hakimiyyətdə olan qondarma və saxta rejimin atmış olduğu bütün qanunsuz addımlar pislənilir.

O qeyd edib ki, oğru Ermənistan qeyri-qanuni yaşadığı evə başqa oğruları da dəvət etməklə məşğuldur: “Sözsüz ki, Livandan gələcək ermənilərdə və ailələrdə azacıq əxlaq olsa, başqasına aid torpaqlarda yaşamağa razı olmazlar. Onlarda isə bu cür əxlaqın olması görünmür. Dəqiq faktdır ki, onlar başqasına aid torpaqlarda hüzur içində deyil, qorxu içində yaşayacaqlar”.

Hulusi Kılıc vurğulayıb ki, Ermənistan tərəfindən həyata keçirilmiş qanunsuz məşkunlaşdırma ATƏT-in faktaraşdırıcı missiyası tərəfindən də qeydə alınıb: “ATƏT isə bu günə qədər öz missiyasını yerinə yetirə bilməyib. Bu isə Azərbaycan tərəfi üçün vaxt itkisi ilə nəticələnib. Ona görə də, ATƏT-in həmsədri olan 3 dövlət təcili əvəzlənməlidir. Türkiyə, Almaniya, İtaliya kimi dövlətlər ATƏT-in həmsədrlik missiyasını üzərinə götürməlidir”.

Sabiq səfir bildirib ki, Ermənistanın qanunsuz əməlləri beynəlxalq hümanitar huquqa eləcə də 1949-cu il Cenevrə Komvensiyasına və onun əlavə protokollarına ziddir: “İşğalçı Ermənistanın bu əməlləri açıq aydın və kobud qanun pozuntusudur. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Ermənistanın bu qanunsuz hərəkətlərinə sərt reaksiya verməlidir. Ermənistanın hüquq pozuntularına son qoymaq üçün zəruri sanksiyalar qəbul edilməli, konkret addımlar atılmalıdır”.