“Onlar Ermənistanı bu məqsədlə gücləndirirlərbackend

Onlar Ermənistanı bu məqsədlə gücləndirirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Almaniya hökuməti Ermənistana qrant və kredit şəklində 84,6 milyon avro məbləğində yardım ayırıb. Son dövrlər Qərb dövlətlərinin Ermənistana dəstəyinin fonunda Fransanın ardından Almaniya da Ermənistana “qucaq açır” sualı yaranır, təbii olaraq.

Maraqlıdır, Qərb dövlətlərinin Ermənistana dəstəyi baş verən hadisələrə necə təsir edəcək?

NOCOMMENT.az xəbər verir ki, bu barədə redaktor.aza danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, bu gün bizim bölgəmizdə gedən proses Qərb-Rusiya qarşıdurmasının təzahürüdür.

Onun sözlərinə görə, Qərb Rusiyaya bizim bölgəmizdə növbəti bir cəbhə açmaq istəyir və bu istiqamətdə də onlar Ermənistanın imkanlarından istifadə edirlər:

“Onlar bölgəmizdə Azərbaycanın yaratdığı reallığa qarşı gəlmək istəyirlər və Ermənistanı bu məqsədlə gücləndirirlər. Çünki Qərb və Qərb dövlətlərinə bu gün Azərbaycana, sabah İrana, Türkiyəyə, Rusiyaya qarşı istifadə edə biləcək Ermənistan kimi bir dövlət lazımdır. Ona görə də onlar bu istiqamətdə addımlar atırlar, yardımlar edirlər. Bu bir daha onu göstərir ki, əslində elə bölgəyə sülhün gəlməməsini Ermənistan qədər Qərb istəyirmiş. Azərbaycan torpaqlarının işğalda olması da məhz onların işinə yarayırmış. Bu gün Azərbaycanın bütün torpaqlarında öz suverenliyini bərpa etməsi onları da çox narahat edir. Çünki onların planları pozulub və ona görə də bu gün onlar belə addım atırlar. Amma bu addımlar Azərbaycanın yaratdığı reallığa heç bir təsir göstərməyəcək. Çünki Azərbaycan müstəqil siyasət həyata keçirir.

Azərbaycan ordusu güclüdür. Hesab edirəm, bu prosesdə ən çox itirən məhz Ermənistandır. Ermənistan bu təxribatlara, bu oyunlara son qoymalıdır. Bu cəhdlər heç nəyi dəyişməyəcək. Əksinə, Ermənistanın düşdüyü hazırkı ağır durumu daha da ağırlaşdıracaq. Ermənistan üçün daha çox problemlər yaradacaq.  Bu, eyni zamanda Qərbin nə dərəcədə məkrli, ikiüzlü, yalançı və riyakar olduğunu bir daha göstərir. Bu qurumlara inanmaq olmaz. Çünki onların hədəfi, fəaliyyəti, məqsədi tamamilə başqadır. Onsuz da biz bunu görmüşdük, amma bu məsələlərdən sonra bir daha buna əmin olduq”.