Onlar müharibənin başlamağını arzulayırlar – Paşinyanbackend

Onlar müharibənin başlamağını arzulayırlar – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan müxalifət qüvvələrini ittiham edib.

NOCOMMENT.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, revanşistlər Azərbaycan əsgərlərinin Qaragöl istiqamətindəki mübahisəli ərazini tərk etməməsi üçün hər şeyi edirlər.

“Amma həsrətlə gözlədikləri müharibənin başlamadığını görürlər. Hökümətin hərəkətlərində ölkəyə qarşı hər hansı bir sui-qəsd cəhdi yoxdur və ola da bilməz”, – Paşinyan deyib.

O, Ermənistanla Azərbaycan arasındakı “sərhəd mübahisəsi”nə dair imzalanacaq sənədlə bağlı bütün təfərrüatları bu gecə açıqlayacağına söz verib.

Xatırladaq ki, Ermənistanın Vatikandakı keçmiş səfiri və eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Nikol Paşinyanın Azərbaycan hərbçilərinin Qaragöl istimqaətindən geri çəkilməsi müqabilində sərhəd və ərazi güzəştlərinə razılaşdığını bəyan edib.

Minasyan bunun isbatı üçün indi təsdiq mərhələsində olan üçtərəfli bir sənədin surətini də yayıb.

Bəzi məlumata görə, artıq müxtəlifət hökumət binası qarşısında mitinq keçirmək niyyətindədir.

Nikol Paşinyan isə Azərbaycan və Rusiya ilə danışıqlar nəticəsində hazırlanan sənədi imzalayacağı barədə məlumatı təsdiqləyib. Amma o, müqavilənin Ermənistanın maraqlarına tam cavab verdiyini əmin edib.

Müxalifət deputatları Ermənistan parlamentinin bu gün axşama növbədənkənar iclasını çağırıblar…
Modern.az