“Onlar o qədər abırlarını itiriblər, ağıllarına nə gəldi danışırlar” — Professordan SƏRT REAKSİYAbackend

“Onlar o qədər abırlarını itiriblər, ağıllarına nə gəldi danışırlar” — Professordan SƏRT REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda özəl tibb müəssisələrinin birində əməliyyat zamanı “TikTok” platformasında canlı yayım açılması ilə bağlı görüntülər yayılıb.

Görüntülərdən məlum olur ki, əməliyyat edən həkimlərdən biri yazılan şərhləri oxuyur və cavablandırır. Otağa isə təmizliklə bağlı tez-tez girib-çıxan əməkdaşlar var. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, xəstənin çarəsiz vəziyyətindən istifadə edərək, onun şəxsiyyətini alçaltmaq düzgün deyil:

“Təbabətdə ən mühüm məsələlərdən biri şəxsiyyətə hörmət məsələsidir. Əgər bir həkim xəstəni zəlzələ altından çıxardarkən, onun huşu yerində deyilsə, o çılpaq vəziyyətdədirsə, dərhal onun üzərini örtməlidir. Xəstənin çarəsiz, huşsuz vəziyyətindən istifafə edərək, onun heç bir şəxsiyyətini alçaldıcı hərəkətə yol vermək olmaz. Bu hüquqi məsuliyyət yaradan məsələdir. Düşünürəm ki, həkim reklamları qadağan edilməlidir. Bu biabırçılıqdır. Televiziya ekranlarında və digər platformalarda bu reklamlar qadağan olunmalıdır. Onlar o qədər azğınlaşıblar, o qədər abırlarını itiriblər, ağıllarına nə gəldi danışırlar. Adam dinləməyə utanır. Belə hallarda Səhiyyə Nazirliyi və TƏBİB bununla bağlı ölçü götürməlidir. Onlara qarşı ciddi tədbirlər görülməlidir. Kim ağlına nə gəldi edir. Qanun olmayan yerdə, özbaşnalıq olur”.