Onlar vaxtlarını işləməyə deyil, təhsil​ almağa sərf edəcəklər – Deputatbackend

Onlar vaxtlarını işləməyə deyil, təhsil​ almağa sərf edəcəklər – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, bu günlərdə Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə müəyyən edilən təqaüdlərin məbləği artırılıb.
Bu tələbələrin təqaüdləri artırıldı - SƏRƏNCAM
NOCOMMENT.az xəbər verir ki, bu barədə Millət vəkili Musa Qasımlı Bakupost.az -a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin artırılımasına dair imzaladığı sərəncam böyük əhəmiyyət daşıyır. Bu bir daha təsdiq edir ki, dövlət tərəfindən hər zaman təhsil alanlara xüsusi diqqət yetirilir və onların ailələrinin təhsil xərcinin​ azalmasına çalışılır.
Deputatın sözlərinə görə, təqaüdlərin artırılması aztəminatlı təbəqələrindən olan şəxslərin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq: “Təqaüdlərin artırılması sözügedən səviyyələr üzrə təhsilalanların diqqətini əsasən təhsilə, təhsil almağa yönəltmələrinə imkan yaradacaq.​ Artıq təhsilalanlar​ ehtiyaclarını qarşılamaq üçün vaxtlarının çoxunu işləməyə deyil, təhsil​ almağa sərf edəcəklər. Bu da gələcək üçün keyfiyyətli kadr potensialını artıracaq.​ Dövlət təqaüdləri artırmaqla təhsil almaq istəyən gənclərə bir növ qucaq açır, onları təhsil almağa həvəsləndirir.​ Təhsilalanların bu qərarı rəğbətlə qarşıladığı qənaətindəyəm”.